Temperatur 15 dərəcəyə çatacaq

Sabah Azərbaycanın bəzi yerlərində havanın az yağıntılı olacağı, temperaturun 15 dərəcəyə çatacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. əsasən, səhrə və axşam bəzi yerlərdə ciskinli az yağıntı olacağı ehtimalı var. Axşam bəzi yerlərdə duman müşahidə ediləcək. mülayim çənub-qərb küləyi gündüz arabir güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 6-10 dərəcə isti olacaq.

Azərbaycan bölgələrində yanvarın 22-də əsasən, şimal və şərq rayonlarında havanın az yağıntılı olacağı gözlənilri. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, gecə dağlarda 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

AzNews.az