Faciə qurbanları anıldı – 20 yanvar

Astara rayonunda 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi yad edilib.

Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mərasimdə rayon İcra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ərazi icra nümayəndələri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Xatirə Kompleksinin önünə əklil və tər qərənfillər qoyularaq, vətənin müstəqilliyi uğrunda şəhid oanların xatirəsi ehtiramla yad edilib, ruhuna dua oxunub.

Təbdirdə çıxış edənlər isə bildiriblər ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi. Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olan 20 yanvar qırğınından 24 il keçməsinə baxmayaraq, xalq hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir.

Saat 12:00-da isə rayon ərazisində bayraqlar endirilib, nəqliyyatın hərəkəti dayandırılaraq 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AzNews.az
image description image description image description