“Bakıelektrikşəbəkə” ASC abonentlərə müraciət edib. “Bakıelektrikşəbəkə” ASC abonentlərə müraciət edib.

“Bakelektrikşəbəkə”dən xəbərdarlıq: “Güzəşt olmayacaq”

“Bakıelektrikşəbəkə” ASC abonentlərə müraciət edib.



ASC-nin bununla bağlı yaydığı açıqlamada bəzi abonentlərin istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtlı - vaxtında ödəmədikləri vurğulanır:

"Bakıelektrikşəbəkə" ASC -nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 24 yanvar 2014-cü il tarixində, saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Yuxarıda qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatına heç bir güzəşt tətbiq edilməyəcək.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" ASC tərəfindən çox ciddi tədbirlər görüləcəkdir.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur".

Elnarə
AzNews.az