Biləsuvar sakini özünü güllələyib

Biləsuvar rayonunda intihar hadisəsi yaşanıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Əman kənd ərazisində baş verib. 1968-ci il təvəllüdlü kənd sakini Babayev Çingiz Lətif oğlu öz həyətində ov tüfəngi ilə özünü güllələyib.

Çingiz Babayev güllə yarasından hadisə yerindəcə keçinib. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Rayon prokurorluğunda intihar faktı ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


AzNews.az