Hərbçimiz vəfat etdi

Azərbaycan Ordusu daha bir hərbi qulluqçusunu itirib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Əkbər Əjdər oğlu Əliyev ürək çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

AzNews.az