Ukraynalı vəkili Bakıda zorlayan hüquqşünas kimdir? – İNANILMAZ

Biznesin inkişafı ilə bağlı Ukraynada keçirilən konfransda iştirak etmək üçün Azərbaycandan Kiyevə gedən hüquqşünas orada tanış olduğu gənc qadına qarşı zorakılıq nümayiş etdirib.

Zorakılığa məruz qalan vəkil xanım bununla bağlı Qadın Krizis Mərkəzinə müraciət edib.

Mərkəzin rəhbəri Mətanət Əzizovanın AzNews.az-a verdiyi məlumata görə, qadın şikayət ərizəsində həmin hüquqşünasın dəvəti ilə Bakıya səfərə gəldiyini bildirib: "Sonradan qız Ukraynadan Bakıya gəlib. Bildirdiyinə görə onu dəvət edən şəxs oteldə ona təcavüz edib, zorakılıq göstərib, qorxudub.

Gecə ilə qız oteldən qaçaraq, aeroportda biletini dəyişib və ölkəsinə qayıdıb. Amma hüquqşünas onu yenə də narahat etməkdə davam edib. Qızın hələ ona borcu qaldığını bildirib. Bundan sonra gənc xanım bizə müraciət edib. İndi məsələdə adı çəkilən şəxslə görüşərək bu məsələni müzakirə edəcəyik".

M.Əzizovanın sözlərinə görə, xüsusən yay aylarında Rusiya və Ukraynadan Azərbaycana dəvət edilərək bu cür zorakılığa məruz qalanların sayı az deyil: "Onlar əsasən internetdə tanış olurlar. Oğlanlar onlara vədlər verir, daha sonra Bakıya gəldikləri zaman şantaja məruz qalaraq, fahişəliklə məşğul olmağa vadar edilirlər".

Elnarə
AzNews.az