Bakıda ağır yol qəzası: yaralılar var - Foto

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, axşam saatlarında Nəsimi rayonu, Həsən Əliyev küçəsində "NİVA" markalı avtomobillə 90 AN 588 nömrəli "Hundai" toqquşub.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Baş vermiş qəza ilə bağlı polis araşdırma aparır.



AzNews.az