Yanvarın 25-dən temperatur enəcək

Yanvarın 25-də Azərbaycanda havanın temperaturunun anomal gedişi proqnozlaşdırılır, gün ərzində hava yağıntılı keçəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, yanvarın 25-26-da Bakı və Abşeron yarımadasında hava buludlu olacaq, şimal küləyi güclənəcək, temperaturun anomal gedişi olacaq.

Bakı və Abşeron yarımadasında yanvarın 25-də havanın temperaturu bir neçə dərəcə enəcək, gündüz 5 dərəcəyə, axşama doğru isə 0 dərəcəyə yaxın olacaq.

Azərbaycanın rayonlarında yanvarın 25-də gün ərzində buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində əsasən şimal və şərq rayonlarında, 25-dəın 26-a keçən gecə bəzi rayon da yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacaq.

Yanvarın 24-də isə Azərbaycanda mülayim hava şəraiti olacaq. Bakı və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək, şimal-şərq küləyi, axşam cənub-qərb küləyi ilə əvəzlənəcək.

Bakı və Abşeron yarımadasında yanvarın 24-də gündüz 5-9, gecə 3-5 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 24-də hava əsasən yağmursuz olacaq, lakin Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi ərazilərində az yağıntılı olacaq, bəzi yerlərdə duman proqnozlaşdırılır, qərb küləyi əsəcək.

Aran rayonlarında yanvarın 24-də havanın temperaturu gündüz 8-13, gecə 0-5 dərəcə isti olacaq.


AzNews.az