- Köhnə - Hadisə
- 23 Yanvar 2014 18:18
- 2 316
Qaxda çürümüş meyit tapılıb
Qax rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Molla Vəli Vidadi küçəsi ev 16, mənzil 41 ünvanında çürümüş və iylənmiş kişi meyitinin aşkarlanması barədə prokurorluğa məlumat daxil olub. Məlumata əsasən hadisə yerinə hüquq-mühafizə orqanları gedib.
Araşdırmalar zamanı tapılan meyidin Rusiya vətəndaşı olan 1955-ci il təvəllüdlü Zahid Əli oğlu Mustafayev olduğu müəyyən edilib. Onun həmin ünvanda tək yaşadığı bildirilir.
Meyidin üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Faktla bağlı araşdırma aparılır.
AzNews.az