58 yaşlı general həlak oldu

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın aviasiya piyada qoşun birləşmələrinin komandanı, 58 yaşlı aviasiya generalı Cancakomo Kaliqaris bu gün, 23 yanvarda Viterbo vilayətində helikopter qəzasında həlak olub.
Generalla birlikdə helikopterdə olan 28 yaşlı leytenant Paolo Toççi də həlak olub.


AB 206 hərbi helikopteri Moskva vaxtı ilə 13.00 - da radarların ekranından yoxa çıxıb. Qəzaya uğrayaraq elektrik naqilləriunə dolaşan hərbi maşını hərbiçilər yalnız axşamtərəfi müəyyən ediblər.
General Kaliqaris xüsusilə İraqda, Əfqanıstanda, Çadda, Kosovoda olmaqla çoxlu xarici hərbi əməliyyatların iştirakçısı olub. O cümlədən o Tunisdən, Misirdən, Liviyadan "ərəb baharı" zamanı italiyalı vətəndaşların evakuasiyasına rəhbərlik edib.

Əli
AzNews.az