Cəbhədə gərginlik davam edir - Yenilənib

Cəbhə xəttində vəziyyət gərgin olaraq qalır.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, erməni silahlı qüvvələri Tovuzun kəndlərini atəş altında saxlayır.

Son məlumata görə, ermənilərin açdığı atəş nəticəsində Tovuzun Əlibəyli kənd sakini, 28 yaşlı Hüseynova Ruhəngiz Əhməd qızı ayaq nahiyəsindən yaralanıb.

Hazırda Milli Ordunun əsgərləri ilə erməni silahlı qüvvələri arasında atışma davam edir.


22:12

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, cəbhə bölgəsində vəziyyət yenidən gərginləşib. Erməni silahlı qüvvələri Tovuzun cəbhə xəttinə yaxın kəndləri atəşə tutub.


Ermənilər işıqsaçan güllələrlə Azərbaycan kəndlərini atəş altında saxlayır, yaşayış evlərini gülləbaran edirlər.
Hazırda Milli Ordunun bölmələri ilə Ermənistan silahlı qüvvələri arasında intensiv atışma gedir.


20:31

Cəbhə xəttində yenidən atəşkəs pozulub.


ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələri Tovuzun Əlibəyli, Hacallı, Muncuqlu, Ağdam və Qaralar kəndləri istiqamətində atəşkəsi yenidən pozub.

Kənd sakinlərinin verdiyi məlumata görə, Milli Ordunun bölmələri düşmənə cavab atəşi açıb. tərəflər arasında intensiv atışma gedib. Bu saatlarında atışma nisbətən səngiyib.

İtki barədə hər hansı bir məlumat verilmir.



AzNews.az