Fermada yanğın

Ağdaşda fermada yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağdaş rayonu, Malay kəndində (rayon mərkəzindən 21 km aralı) vətəndaşlara məxsus fermanın ərazisində 44 ton ot bağlamasının 28 tonu yanıb. Yaxınlıqda yerləşən ferma və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az