19:33
(077) 610-22-33

Cəbhədə gərginlik sübh saatlarına qədər davam edib – Tovuz

  • >
1 813 24 Yanvar 2014 09:02 | Hadisə

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Tovuz rayonunu səhər saatlarınadək intensiv atəşə tutub.


Tovuz rayon İcra Hakimiyyətinin Əlibəyli kəndi üzrə nümayəndəsi Valeh Rzayevin AzNews.az-a verdiyi məlumata görə, yanvarın 23-də saat 21.00 radələrindən başlayaraq, bu gün saat 06.00 radələrinə kimi erməni hərbi birləşmələri tərəfindən rayonunun Əlibəyli kəndi atəşə məruz qoyulub.

Erməni silahlı birləşmələri yandırıcı trasser güllələrdən istifadə ediblər.

Nəticədə kənd sakini 1976-ci il təvəllüdlü Hüseynova Ruhiyyə Əhməd qızı hər iki ayağından yaralanıb.

O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İntensiv atəş nəticəsində R. Hüseynovanın evinə də ciddi ziyan dəyib. Qonşuların köməyi ilə evin yanmasının qarşısı alınıb. Hazırda yaralının səhhəti normallaşıb.

V. Rzayev onu da qeyd edib ki, erməni hərbi birləşmələri kəndi iri çaplı silahlardan atəşə tutublar.

Amid Əyyuboğlu
AzNews.az
Bağla X