Bakıda təzə gəlin özünü asdı

Bu gecə saat 01:00 radələrində Bakının Nərimanov rayonunda yeni ailə həyatı quran təzə gəlin özünü öldürüb.

Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsindən anspress-ə verilən məlumata görə, Çermet qəsəbəsi, Ə.Əliyev küçəsi 38 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Səfiyyə Ələkbər qızı Ağayeva evdə intihar edib. 20 yaşlı qadın özünü evin dəhlizində asıb.

Onun meyitini ailə üzvləri asılmış halda tapıblar.

Qeyd edək ki, Səfiyyə Ağayeva yenicə ailə həyatı qurubmuş. Onun nə səbəbdən intihar etdiyi araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


AzNews.az