Müharibədə itkin düşənlərin xatirəsinə abidə ucaldıldı


Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə qoyulan abidənin açılış mərasimi keçirilib.


"İnsan Hüquqları XXI əsr- Azərbaycan" Fondundan AzNews.az-a verilən məlumata görə, abidə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında qoyulan abidə "İnsan Hüquqları XXI əsr- Azərbaycan" Fondunun, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, deputat Elxan Süleymanovun dəstəyi ilə qoyulub. Fondun sədri Şahin Camalov bildirib ki, təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri müharibədə itkin düşmüş və ya şəhid olmuş şəxslərin ailə üzvlərinin hüquqi və psixoloji problemlərinin həllinə yardımçı olmaqdır.

Tədbirdə Milli Məclis deputatları Elxan Süleymanov və Fazil Mustafa, Sabunçu RİH başçısının müavini Qəzənfər Həsənov, Bakıxanov Bələdiyyəsinin sədri Nadir Əsədov və itkin düşmüş şəxslərin ailə üzvləri çıxış ediblər.

AzNews.az