FHN: Hadisələr zamanı 75 nəfər ölüb

Ötən il Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 75 nəfər həlak olub, 127 nəfər xəsarət alıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2013-cü il ərzində respublika ərazisində 8883 təbii və texnogen mənşəli hadisə qeydə alınıb.

Nazirliyin xilasediciləri tərəfindən 9 nəfər xilas edilib və 63 nəfər təxliyyə olunub.

AzNews.az