Cəbhə bölgəsindəki sakinlər danışdı

Cəbhədə baş verən hadisələr çoxları üçün inandırıcı gəlmir və ya inanmaq istəmirlər.

Baş verən hadisələrlə bağlı kənd sakinləri simsar.az-a bildiriblər ki, bir neçə gündür ki, cəbhə xəttində vəziyyət gərgin olaraq davam edir.

"Son 3 gündə ermənilər hava qaralan kimi kəndi gülləbarana tutmağa başlayırlar. Səhərə qədər güllə səslərindən yata bilmirik. Son günlər bu daha da intensivləşib. İndi avtomat, pulemyot və teşekalar daha çox bizi narahat edir. Qorxuruk ki, tezliklə qradlar işə düşsün. O zaman cəbhə bölgəsinə yaxın evlər çətin buna dözər. Bununla bağlı hər kəs çox narahatdır".

Kənd sakini Kamil Allahverdiyev isə bildirib ki, bu gün hələ də sakitlikdir. Amma bu sakitlik nisbidir. Ermənilər havanın qaralmasını gözləyir. Hava qaralanda burda olsanız, nə baş verdiyini öz gözlərinizlə görərsiniz. Axşam evdən çıxmaq çox qorxuludur, hər an düşmən gülləsinə tuş gələ bilərik".

AzNews.az