Ayrapetyan özünü «TT» tapançadan öldürüb Ayrapetyan özünü «TT» tapançadan öldürüb

Məşhur erməni biznesmenin cəsədi tapıldı

Ayrapetyan özünü «TT» tapançadan öldürüb



İrəvanın ən tanınmış biznesmeni Mişa Ayrapetyanın öz evində cəsədi aşkarlanıb. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, biznesmenin evinə gələn İrəvan polis rəisi Nerses Nazaryan Ayrapetyanın intihar etdiyini açıqlayıb.

Lakin Nazaryan hadisənin motivləri və digər təfərrüatlar barədə məlumat verməyib. Polisin məlumatına görə, intihar baş verən vaxt Ayrapetyanın ailə üzvləri də evdə olublar. Ayrapetyan özünü "TT" tapançadan öldürüb.

Qeyd edək, Ayrapetyan qardaşlarına tikinti materialları zavodu, "Ayastan" ticarət mərkəzi, ippodrom və "BMW" dükanlar şəbəkəsi məxsusdur. Hadisə yerinə Ermənistan hüquq-mühafizə orqanlarının rəhbər işçiləri də gəliblər.

Aygün
AzNews.az