Müəllimə məktəbin həyətində yıxılaraq keçindi - Anbaan - Video

Bu gün səhər saat 08:59 radələrində Bakının Suraxanı rayonunda şəhərindəki orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən 56 yaşlı Tatyana Konstantinovna qəfil ölümü məktəbin müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb.
Kadrlardan da göründüyü kimi dərsə tələsən müəllimə elə həyətə daxil olan kimi qəfildən dayanır və yerə yıxılır. Müəllimlərin sözlərinə görə, yıxılan kimi ona yaxınlaşsalar da artıq heç nə etmək mümkün olmayıb. Əraziyə təcili tibbi yardım maşını çağırılıb. Həkimlər də ilkin diaqnoz kimi pedaqoqun ürək tutmasından keçindiyini deyiblər. Meyid müayinə çün ekspertziyay aparılıb.

Tale Tatyana xanımın üzünə heç də gülməyib. Belə ki, 57 yaşlı məllimə ailə həyatı qurmayıb. Onun bütün həyatı şagirdləri və peşəsi olub. Ömrünü ancaq gənc nəsilin təlim tərbiyəsinə həsr edən Tatyana Konstantinovnanın qəfil ölümü onun iş yoldaşları, rəfiqələri üçün çox gözlənilməz olub.

Bu gün dərs dediyi ikinci sinif şagirdləri məktəbdə olmasa da, Tatyana xanımdan yazıb oxumağı öyrənən yuxarı sinif şagirdləri onu ancaq mehriban və qayğıkeş bir insan kimi xatırladıqladıqlarını deyirlər.

Onu da deyək ki, yalnız yaşayan Tatyana Konstantinovnanın dəfn mərasimini onun yeganə ailəsi olan 76 saylı məktəbin kollektivi təşkil edəcək. Dəfn xərcləri də onların üzərinə düşür.

Tatyana Konstantinovna sabah Suraxanı qəbirstanlığında valideynlərinin yanında torpağa tapşırılacaq. Ondan geriyə qalanlar isə ancaq xoş xatirələr olacaq.




AzNews.az