Xaçmazdakı olayla bağlı Rəsmi açıqlama


Daxili İşlər Nazirliyi (DİN) Xaçmazda vəhabilərin azyaşlını məktəblinin girov götürülməsi xəbəri ilə bağlı açıqlama verib.


DİN mətbuat xidmətinin rəis müavini Ehsab Zahidov AzNews.az-a bildirib ki, yanvar 23-də Xaçmazın Susayqışlaq kəndində silahlı vəhhabi dəstəsinin Valeh adlı 5-ci sinif şagirdinin girov götürülməsi informasiyası həqiqətə uyğun deyil.

O, bu barədə yayılan xəbərləri təkzib edib.

Xatırladaq ki, xəbərdə dərsdən evə qayıdan Valehin yolda 15 nəfərlik dəstəni gördüyü və ona hədə-qorxu gəldindyi qeyd olunub: "Dəstə uşağı zorla saxlayaraq ləzgi dilində ona "Bizi gördüyünü heç kimə demə, yoxsa səni də, ailəni də öldürərik" deyə hədələyərək uşağı buraxıblar. Tələsik evə gələn uşaq bütün gördüklərini valideynlərinə danışıb, atası dərhal zəng edərək polisi bu barədə məlumatlandırıb. Dərhal başlanan cinayət-axtarış işlərindən xəbər tutan dəstə həmin ailənin evinə gələrək, uşağın ata və anasını döyüb, valideynlərə ciddi xəsarət yetiriblər. Valehin özünü isə girov götürüblər.

Sakinlərdən aldıqımız məlumata görə, hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir, yollarda polis patrullar xidmət aparır.

AzNews.az