İsmayıl Ömərov sükutu pozdu- Açıqlama (EKSKLÜZİV)

İctimai Televiziya və Radio yayım Şirkətinin keçmiş sədri İsmayıl Ömərov vaxtilə rəhbərlik etdiyi qurumdan maliyyə yeyintisi barədə yayılan xəbərə münasibət bidlirib.

İ. Ömərov AzNews.az-a açıqlamasında qeyd edib ki,barəsində yayılan xəbərlər həqiqəti əks etdirmir.

O, Hesablama Palatasının İTV-də apardığı yoxlama zamanı onun tərəfindən yeyinti faktının aşkarlanmasına mövqeyini "Mən bunu bir sözlə ifadə etmək istəyirəm. Yalançının...",- deyə sərt formada ifadə edib.

Xatırladaq ki, mətbuatda İsmayıl Ömərovun İTV-dən 100 min manat mənimsəməsi ilə bağlı məlumat yayılmışdı.

Məlumata görə, İ.Ömərov İTV-nin London təmsilçisi təyin etdiyi qızına və kürəkəninə ayda 2-3 min manat məbləğində əmək haqqı yazıb.

Həmçinin İTV-nin rəsmi təşkilatçısı olduğu Eurovizion yarışması ilə bağlı da mənimsəmə faktının olduğu iddia edilirdi.

Amid Əyyuboğlu
AzNews.az