Sabah soyuq hava şəraiti hökm sürəcək



İstirahət günü Azərbaycanda soyuq, qeyri-sabit hava şəraiti hökm sürəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq, əsasən, gecəyə doğru yarımadanın bəzi yerlərində sulu qar yağacaq, şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında yanvarın 26-da havanın temperaturu gecə 0-2 dərəcə, gündüz 4-7 dərəcə isti təşkil edəcək.

Yanvarın 26-da əksər rayonlarda hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq.
Aran rayonlarında yanvarın 26-da havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacağı proqnozlaşdırılır.

AzNews.az