Bakıda nazirlik rəsmisinə qarşı inanılmaz cinayət- Yenilənib

Bakı sakini və ailəsini öldürməklə hədələyib pul tələb edən iki nəfər tutulub.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Əjdər Talıbov və İsmət Məmmədov həmyerliləri Mirzə Mirzəyevi və onun ailə üzvlərini öldürəcəkləri ilə hədələyib 200 min manat pul tələb etdikləri üçün tutulublar.

Faktla əlaqədar cinayət işi başlanıb.(13.19)

***
Bakıda törədilmiş quldurluq cinayəti ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bir qrup şəxs tərəfindən hədələnən, özünün və ailəsinin öldürülməməsi qarşılığında 200 min manat tələb edilən Mirzəyev Mirzə Rəşid oğlu Maliyyə Nazirliyi 5 saylı Xəzinədarlıq İdarəsinin rəisidir. O, daha əvvəl Xəzər və Xətai rayonlarında maliyyə idarələrinə rəhbərlik edib.

Bildirilir ki, M.Mirzəyev ona edilən təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra əməliyyat tədbirləri həyata keçirilib və yüksək vəzifəli şəxsi və ailə üzvlərini öldürməklə hədələyən şəxslər müəyyən edilərək saxlanılıb.

Hazırda başlanmış cinayət işi üzrə zəruri əməliyyat, istintaq tədbirləri davam etdirilir.

AzNews.az