Qadın kirayə qaldığı mənzildən oğurluq etdi

Bakıda kirayə yaşadığı mənzildən oğurluq etməkdə şübhəli bilinən qadın tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 20-də Rəsulzadə qəsəbəsində vətəndaş Arzu Nəsirova 7-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, evindən 700 manat və 500 ABŞ dolları məbləğində pulu, qızıl-zinət əşyaları oğurlanıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon sakini Vəfa Zeynalova şübhəli şəxs qismində saxlanılıb.

AzNews.az