İldırım 7 tələbənin həyatına son qoydu


AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Brundidə ildırım vurmasından 7 tələbə həlak olub, 50 - dən çoxu xəsarət alıb. Tufandan qorunmaq üçün auditoriyaya sığınan tələbələri ildırım burada yaxalayıb.

Paytaxt Bucumburdan 150 km. aralı Nyanza - lak şəhər adminstrasiyasının nümayəndəsi Prudens Kabura məlumat verib ki, bu dəqiqə ölkədə quru mövsümdür, amma güclü leysanlar 500 - dən çox evi dağıdıb və bitkiləri məhv edib.

Keçən həftə Brundinin şərqində kilsəyə düşən ildırım 4 nəfəri öldürüb, 9 inanclını yaralayıb. Növbəti gün isə ildırım vurmasından 2 çoban ölüb.


Əli
AzNews.az