Ağstafada atışma başlayıb

Bu gün axşam saat 20.00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri Ağstafa rayonunun Köhnə Qışlaq kəndini bərk atəşə tutub.

Emənilərin əsas məqsədi son günlər Azərbaycanın digər cəhbə bölgələrində olduğu kimi burada da vəziyyəti gərginləşdirməkdir. Atəş əsasən erməni əsgərlərinin dayandıqları postlardan Azərbaycan əsgərlərinin dayandıqları postlara və Köhnə Qışlaq kəndi istiqamətinə açılır. Hazırda atışma davam edir. (ANS)