Ovçu dağdan yıxılaraq öldü

Azərbaycanın Oğuz rayonunda ovçu ölüb.

AzNews.az APA- ya istinadən xəbər verir ki, Oğuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, bu gün rayonun Xaçmazqışlaq kənd sakini, 33 yaşlı Məmmədbağır Aydın oğlu Seyidəliyev ov etmək məqsədi ilə dağa qalxıb. Qarlı hava şəraiti olduğundan yüksəklikdən sürüşərək yıxılan M. Seyidəliyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

M. Seyidəliyevin meyiti tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Oğuz Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


AzNews.az