19:37
(077) 610-22-33

Azərbaycanda şəlalə dondu - Video

  • >
1 275 27 Yanvar 2014 08:23 | Hadisə

Qax rayonunun İlisu kəndində, hündür dağ zirvələrinin ətəyindən axıb gələn şəlalə donub.

El arasında "Ramramay şəlaləsi" adlanan bu əraziyə gedib çıxmaq üçün kənddən bir neçə kilometr yolu qət etmək lazım gəlir.

İlisu kəndinin ağsaqqallarından olan 80 yaşlı Sələddin Abdullayev "Ramramay şəlaləsi"ni görmək üçün digər rayonlardan, eləcə də, xarici ölkələrdən bura turistlərin üz tutduğunu deyir. Onun sözlərinə görə, bu ərazidə havanın sərt olması qış fəslində şəlalənin donmasına səbəb olur.

Hazırda şəlaləyə aparan yol qalın qar və buz qatı ilə örtülüb və bu üzdən həmin əraziyə getmək elə də asan deyil.

Ancaq hündürlüyü təxminən 60 metr olan "Ramramay şəlaləsi"nin yaratdığı bu gözəlliyi seyr etmək üçün bu çətinliyi yaşamağa dəyər.(qafqazinfo)


Bağla X