21:51
(077) 610-22-33

Anar Məmmədovun tədbiri təxirə salındı

  • >
992 27 Yanvar 2014 11:07 | Hadisə

Anar Məmmədovun radiosu hesab edilən 107.7 fm-in təqdimatı təxirə salınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzNews.az-a verilən məlumata görə, yol hərəkəti və nəqliyyatla bağlı suallara cavab tapmaq üçün Azərbaycanın radio məkanına yeni qədəm qoyan, 107.7 fm tezliyində yayımlanan "Auto FM" artıq əsas yayımla dinləyicilərin ixtiyarına verilib.

Bu ayın 28 yanvar tarixində isə Bakıda Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə mərkəzinin nəzdində yaradılmış "AvtoFM" (107.7 FM) radiosunun təqdimat mərasimi keçirilməsi və tədbirdə radionun funksiyaları barədə ictimaiyyətə geniş məlumat verilməsi planlaşdırılırdı.

Mərkəzdən məlumat verilib ki, Avto FM radiosunun təqdimat mərasimi təxirə salınıb. Təqdimatın növbəti aya keçirilməsi planlaşdırılır.

Amid Əyyuboğlu
AzNews.az
Bağla X