Maşın oğruları saxlanıldı

Bakıda avtomaşın qaçırmaqla məşğul olan dəstə üzvləri saxlanılıb.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı rayon Rolis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Namiq Hüseynova məxsus "VAZ-2107" markalı avtomobili qaçırmış Bakı şəhər sakinləri Fərid Xasməmmədov, Etibar Həsənov, Məhəmməd Nəcəfov və Kənan Tağıyev saxlanılıblar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 15-də Oruc Əliyevə məxsus "VAZ-2107" markalı avtomobili qaçırmaları da müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

AzNews.az