07:47
(077) 610-22-33

4 nəfərin öldüyü qəza ilə bağlı Rəsmi açıqlama

  • >
930 27 Yanvar 2014 12:06 | Hadisə

Bakı-Şamaxı yolunda baş verən zəncivari qəzada 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 26-da saat 23 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Nadir Şükürovun idarə etdiyi "Mercedes", Şamaxı rayon sakini Bahadur İbadovun idarə etdiyi "VAZ-21011" və Şəki rayon sakini Murad Abdulhəmidovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub.

Nəticədə N.Şükürovun sərnişinlərindən - Bakı şəhər sakini Gülbəniz Dibirova, habelə B.İbadov və onun sərnişinləri, qızları Ceyran və Zəhra hadisə yerində ölüblər. N.Şükürov və digər sərnişinləri - Bakı şəhər sakinləri Purim Şamayılova, Fəridə Əliyeva, habelə B.İbadovun digər sərnişinləri - arvadı Arifə İbadova, Şamaxı rayon sakini Vidadi Novruzov, eləcə də M.Abdulhəmidov və sərnişini - Ağdaş rayon sakini Elşən Rüstəmov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az
Bağla X