Mədət Quliyevin daha bir işçisinə cinayət işi açıldı

Penitensiar xidmətin daha bir əməkdaşı xidmətdən qovulub, barəsində olan materiallar prokurorluğa göndərilib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yanvarın 26-da Penitensiar xidmətin əməkdaşları tərəfindən Qobustanda yerləşən həbsxananın əməkdaşı ədliyyə kiçik giziri Süleymanov İlqar Əlisurət oğlunun üzərinə baxış keçirilib. Baxış zamanı ondan 1(bir) ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Ədliyyə kiçik giziri İ.Ə.Süleymanov Ədliyyə Nazirliyinin Penitensiar xidmət rəisinin əmri ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarından xaric edilib.

Fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilib.

AzNews.az