İçməli suyun verilişində fasilə olacaq

İstehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması məqsədi ilə "+110 Şərq" su anbarının 500 mm diametrli çıxış xətti üzərində KROHNE elektromaqnit tipli su sayğacı quraşdırılır.

"Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar 28 yanvar 2014-cü il tarixdə gün ərzində Xətai rayonun M.Hadi, X.Məmmədov, Vunqtau küçələrinə və Gəncə prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

AzNews.az