Özünü yandıran əlil şəhid qardaşıdır - VİDEO

Yevlax rayonunda özünü yandıran 44 yaşlı əlil Nizami Kərimovun vəziyyəti orta ağırdır. ANS TV-nin Qarabağ bürosundan Şahin Rzayev məlumat verir ki, Nizami Kərimov 1-ci, 2-ci, 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Həyatı təhlükəsinə gəlincə həkimlər onun yaşayacağına ümid edirlər. Buna baxmayaraq Bakıdan mütəxəssislər dəvət olunub. Onlar xəstəni müayinə etdikdən sonra dəqiq məlumat veriləcək. Hazırda Nizami Kərimov danışa bilmir. Yaxınlarının verdiyi məlumata görə, Nizami Kərimov ünvanlı Sosial Yardım almaq üçün Yevlax Rayon Müdafiə Mərkəzinə 6 aydır müraciət edib. Ancaq buna baxmayaraq onun müraciətinə dəqiq məlumat verilməyib.

Xatırladaq ki, bu gün Yevlax rayon sakini Nizami Kərimov Nizami Sosial Müdafiə Fondunun Yevlax şöbəsində özünü yandırıb.

ANS PRESS-in bölgə müxbirin verdiyi məlumata görə, Nizami Kərimov hazırda xəstəxanadadır.

Bu barədə Facebook sosial şəbəkəsində də məlumat yayılıb. Əlil olan rayon sakininin vəziyyəti ağırdır və hazırda Yevlax şəhər xəstəxanasındadır.

Məlumata görə, sosial yardım almaq Fonda müraciət edən 3 uşaq atası Nizami Kərimova "6 ayın pulunu bizə ver deyiblər" və sosial yardım almasına əngəllər yaradıblar. Özünü yandıran əlilin qardaşı Kərimov Faxrəddin Yusif oğlu isə Qarabağda şəhid olub.






AzNews.az