Şəkidə 54 yaşlı kişi intihar edib



Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Şəki şəhəri, Bağbanlar küçəsi döngə 2, ev 21 ünvanında qeydə alınıb.

Şəki şəhər sakini, 1960-cı il təvəllüdlü, Manaflı Nemət Şirin oğlu özünü hələ ki istintaqa naməlum səbəbdən yaşadığı evin həyətyani sahəsində tikilmiş altıaçıqdan asaraq intihar edib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda CM-nin 125-ci (üzünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


AzNews.az