Şəkidə qadın evində ölü tapılıb

Bu gün axşam saatlarında Şəkidə qadın evində ölü tapılıb.

Hadisə Məmməd Əmin Rəsulzadə küçəsi, bina 168 a, ev 3-də baş verib.

Məlum olub ki, cəsəd 1965-ci il təvəllüdlü Paşayeva Səlfinaz Həmid qızına məxsusdur. Belə ki, qonşuları evin işıqlarının yanılı olduğunu, lakin bir neçə gündür qadından səs səmir gəlmədiyini görüb və mərhumun yaxınlarına müraciət ediblər.

Evin qapısı açıldıqda isə 49 yaşlı qadının cəsədi ilə rastlaşıblar. Mərhumun hansı səbəbdən ölməsi isə hələlik məlum deyil. Qeyd edək ki, Səlfinaz Paşayeva evdə tək yaşayırdı.

Faktla bağlı Şəki şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri istintaqdan sonra məlum olacaq ("Kanal S").