06:03
(077) 610-22-33

Şəhid zabitimizin nəşi Qobustana gətirildi

  • >
695 28 Yanvar 2014 10:41 | Hadisə

Erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində dünən şəhid olan Silahlı Qüvvələrimizin zabiti leytenant Səbuhi Əzizovun nəşi yaşadığı Qobustan rayon Təklə-Mirzəbaba kəndinə gətirilib.

AzNews.az Kanal S-ə istinadən xəbər verir ki, bu gecə saat 2:00 radələrində xidmət etdiyi Tərtər rayon N saylı hərbi hissənin kollektivinin iştrakı ilə şəhidin üçrəngli bayrağa bükülmüş cənazəsi ailəsinə təhvil verilib.

Şəhidlik zirvəsinə ucalan Vətənin igid oğlu bu gün saat 12 radələrində kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, bir il öncə Silahlı Qüvvələrin Hərbi Akademiyasını bitirən Səbuhi Əzizov hərbi xidmət keçmək üçün Tərtər rayonuna yollanıb.
Müdafiə naziri Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə leytenant Səbuhi Əzizov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

AzNews.az
Bağla X