Azərbaycanın tanınmış idmançısı vəfat etdi

Azərbaycanın tanınmış idmançılarından olan, bir sıra yerli və beynəlxalq turnirlərdə ölkəmizə layiqincə təmsil edən beynəlxalq dama ustası Eldar Əliyev vəfat edib.


İdmançının ailəsindən AzNews.az-a verilən məlumata görə, 40 il ərzində peşəkar şəkildə dama ilə məşğul olan Eldar Əliyev Azərbaycan, keçmiş SSRİ məkanı, eləcə də Avropa və dünyada keçirilən bir sıra beynəlxalq yarışlarda ölkəmizi təmsil edib.

Azərbaycan çempionatında 10 dəfəyə yaxın qalib olan E.Əliyev həmçinin ali məktəbdə riyaziyyat fənnini də tədris edib.

Maraqlıdır ki, yanvarın 18-də vəfat edən idmançı barədə ictimaiyyətə heç bir məlumat verilməyib, aidiyyəti qurumlar tərəfindən lazımi addımlar atılmayıb.

Allah rəhmət eləsin!

AzNews.az