18:26
(077) 610-22-33

Məhəbbət Kazımov dəfn edildi- Yenilənib

  • >
4 848 28 Yanvar 2014 13:17 | Hadisə

Ötən gün dünyasını dəyişən Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımovun dəfn mərasimi keçirlir.


Bu barədə AzNews.az-a məlumat verən Əməkdar artist Baloğlan Əşərəfovun sözlərinə görə, sənətçi ilə vida mərasimi öz evində təşkil olunub:

"Mərasimə sənətçinin bir çox dostları və həmkarları qatılıblar. Hazırda biz onuun cənazəsini evindən çıxarıb Xırdalan qəbiristanlığına aparırıq".

Məhəbbət Kazımovla səhnəyə birgə gələrək daha sonra müəyyən səbəblərdən onunla küsülü olan müğənni Könül Kərimova da mərasimində iştirak edir. (12.53)

***


Əməkdar artist Məhəbbət Kazımovun dəfn mərasimi başa çatıb.

AzNews.az xəbər verir ki, sənətçi Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində sənət adamları ilə yanaşı, Məhəbbət Kazımovun çoxsaylı pərəstişkarları da iştirak edib.




Bahar Rüstəmli
AzNews.az
Bağla X