Bakıda məktəbli qızı maşın vurdu

Qəza 20-ci Sahə dairəsinin yaxınlığında baş verib

Bakıda məktəbli qız yol qurbanı olub. Bu gün səhər tezdən məktəbə gedən bir qızı maşın vuraraq öldürüb.

Hadisə yerində olan şahidlərin Milli.Az-a verdikləri məlumata görə, qəza 20-ci Sahə dairəsinin yaxınlığında baş verib. Səhər 08 radələrində evdən çıxıb məktəbə yollanan qızı maşın vurub. Məktəbli aldığı zərbədən yerindəcə keçinib.

Hal-hazırda kimin günahkar olduğu araşdırılır.

Məktəbli qızın ölümü ilə bağlı Səbail Rayon Polis İdarəsindən bildirilib ki, hal-hazırda araşdırma aparılır:

"Səhər saat 07:30 radələrində 20-ci Sahə dairəsinin yaxınlığında maşın bir qızı vuraraq hadisə yerindən qaçıb. Hal-hazırda qəza ilə bağlı sürücünün və ölən qızın kimliyü üzrə araşdırma işləri aparılır".