Hacı Surxay Aşurbəy məscidi ilə bağlı şeyxə müraciət etdi

İçərişəhərdə fəaliyyət göstərən Aşurbəy məscidi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə müraciət edib.


Müraciəti İçərişəhərdə fəaliyyət göstərən Cümə məscidinin axundu, eyni adlı dini icmanın rəhbəri Hacı Surxay edib.

Anspress-in məlumatına görə, o məsciddə xoşagəlməz halların baş verdiyini bildirib və məscidin bağlanmasını istəyib.

"Oradan hər gün bir ana fəryadı eşidilir. Suriyada döyüşənlərin bəziləri bu məsciddən göndərilir".

A.Paşazadə məscidlərin ibadət və inam yeri olduğu üçün bağlana bilməyəcəyini qeyd edib. "Amma doğurdanda belə hallar baş verirsə, biz dövlət qarşısında onun bağlanması məsələsini qoya bilərik".


AzNews.az