23:40
(077) 610-22-33

Tovuzda silahlı erməni tutuldu- Yenilənib (VİDEO)

  • >
4 821 28 Yanvar 2014 16:45 | Hadisə

Tovuz rayonun Əlibəyli kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hərbçisi saxlanılıb.

AzNews.az-a verilən məlumata görə, erməni hərbçisi cəbhənin təmas xətti istiqamətindən Azərbaycana keçib.

Mülki geyimdə olan şəxsin üzərində odlu silah olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat təsdiqlənib.(16:58)

***
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Trend-ə bildirib ki, bu gün günorta saatlarında təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndinin sakinləri tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə bildirib ki, bu barədə onlara hələlik rəsmi məlumat daxil olmayıb.

Yəni BQXK-ya nə dövlət tərəfindən, nə də saxlanılan şəxsin yaxınları tərəfindən heç bir müraciət edilməyib.

Qeyd edək ki, son günlər cəbhədə vəziyyət gərgin olaraq qalır. Artıq erməni snayperlərin açdığı atəş nəticəsində Azərbaycan Milli Ordusunun iki zabiti şəhid olub.

Azərbaycan Silahlı Qüvvələri son günlər bir neçə dəfə erməni diversiya qrupunun qarşısını alıb.



AzNews.az
Bağla X