14:50
(077) 610-22-33

MTN-dən radikal dini qrupların təxribatına münasibət

  • >
861 28 Yanvar 2014 16:41 | Hadisə

Milli Təhlükəsizliyin Nazirliyi (MTN) Azərbaycanda radikal dini qrupların üzvlərinin ölkə daxilində törədə biləcəyi təxribatlar barədə yayılan xəbərlərə münasibət bildirib.

MTN-nin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Trend-ə bildirib ki, Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər görülür, əməliyyat şəraitinə nəzarət olunur.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının bu gün verdiyi fətvada bildirilir ki, dindarlarımız dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlmiş məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələalma yolu ilə cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırlar.

Qazılar Şurasında çıxış edənlər bəzi radikal dini qrupların hətta Azərbaycanda təxribat törətməyə çalışdıqlarını bildiriblər. QMİ-nin sədri Şeyxulislam Allahşükür Paşazadə isə bildirib: "Azərbaycanda qarşıdurma yaratmaq istəyən qüvvələr var. Bu qüvvələr özbaşına deyil, xaricdən yönəlir. Bəzi qüvvələr də xaricdən maliyyələşərək burada təxribat törətməyə çalışırlar"


AzNews.az
Bağla X