17:43
(077) 610-22-33

Məşqçi bıçaqlandı

  • >
484 28 Yanvar 2014 19:26 | Hadisə

"Kəpəz" klubunun sabiq məşqçisi bıçaqlanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1974-cü il təvəllüdlü Mehman Hacıyev bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Əməliyyat olunan M. Hacıyevin vəziyəti ağırdır. Hazırda sözügedən xəstəxananın reanimasiya şöbəsində saxlanılır. Gəncə Şəhər Polis İdarəsindən bildiriliblər ki, hadisənin kimin törətdiyi hələ məlum deyil. Yaralının vəziyyəti ağır olduğundan onu danışdıra bilməyiblər.

Məlumata görə, Mehman Hacıyev "Kəpəz"də əvəzedici heyətin məşqçisi olub.


AzNews.az
Bağla X