“Qafqaz“ avtomagistralında dəhşətli yol qəzası - 4 ölü, 6 yaralı

AzNews.az ITAR TASS - a istinadən xəbər verir ki, bu gün günorta saatlarında Kabardin - Balkarın Baksan rayonunda dəhşətli yol qəzası baş verib.
Avtomagistralda 3 minik maşını və PAZ avtobusu toqquşub. Toqquşma nəticəsində yanğın əmələ gəlib. Bir minik avtomobili və avtobus yanıb.
Qəza nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.
Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və istintaqçılar cəlb edilib.
Qəzanın baş vermə səbəbləri araşdırılır.


Əli
AzNews.az