Bakıda ikimərtəbəli evdə yanğın

Bakıda ikimərtəbəli evdə yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az