08:08
(077) 610-22-33

Yasamalda binanın damı uçdu – Xeyli ziyan var (Fotolar)

  • >
2 773 29 Yanvar 2014 11:42 | Hadisə

Bakının Yasamal rayonunda hündümərtəbəli binanın damı uçub.

SalamNews xəbər verir ki, hadisə rayonun Zivərbəy Əhmədbəyov küçəsi, ev 2/29 ünvanında baş verib. Güclü külək nəticəsində hündürmərtəbəli binanın metal dam örtüyü uçaraq yerə tökülüb.

Uçan damın qırıntılarının bir hissəsi iki bina arasındakı keçidə düşüb. Ətraf binaların sakinləri və ərazidə yerləşən çoxsaylı ofis işçiləri həmin keçiddən istifadə edir.

Dam qırıntıları həyətdə dayanmış avtomobillərə ziyan vurub. Metal konstruksiyanın bir hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanındakı yolun işlək hissəsinə düşüb.

İlkin məlumata əsasən, hadisə nəticəsində insan itkisi olmasa da, taxta konstruksiyalı damın bir hissəsi həmin yerdən keçən piyadanın üzərinə düşüb.

Hadisənin baş verdiyi binada SalamNews İnformasiya Agentliyi və İnterAz telekanalının redaksiyası yerləşir.

AzNews.az
Bağla X