Yevlaxda özünü yandıran əlilin vəziyyəti pisləşdi- FOTO

Yevlaxda özünü yandıran Nizami Kərimovun vəziyyəti ağırlaşıb.

Hazırda 5 saylı Klinik Xəstəxananın yanıq şöbəsində müalicə alan əlilə baş çəkən interpress.az-ın əməkdaşına verilən məlumata görə, onun yanına heç kəs, hətta həyat yoldaşı belə buraxılmır.

Qeyd edək ki, Yevlax rayon sakini Nizami Kərimov ünvanlı sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölməsinə dəfələrlə müraciət etsə də ondan rüşvət istəyiblər.

Buna etiraz əlaməti olaraq o, özünü yandırıb.

AzNews.az
image description image description image description