06:02
(077) 610-22-33

Zakir Həsənovdan yeni təyinat

  • >
1 624 29 Yanvar 2014 16:04 | Hadisə

Müdafiə naziri Zakir Həsənov Nazirliyin hərbi həkim komissiyasının sədri polkovnik Vidadi Quliyevi işdən azad edib.

"Axar.az"ın əldə etdiyi məlumata görə, Müdafiə naziri hərbi həkim komissiyasına yeni sədr də təyin edib. Bu, Elxan İbrahimovdur.

Qeyd edək ki, Zakir Həsənovun Müdafiə naziri təyin edilməsi Səfər Əbiyevin dövründən hərbi həkim komissiyasının sədr əvəzi olan Vidadi Quliyevin karyerasında uğurlu bir başlanğıc olub.

Keçmiş Müdafiə naziri Səfər Əbiyevin rütbəsini aşağı saldığı Vidadi Quliyev yeni nazirin gəlişi ilə polkovnik rütbəsinə yiyələnib. Lakin müəyyən müddətdən sonra naməlum səbəblərdən Zakir Həsənov Vidadi Quliyevi işdən azad edərək, onun yerinə Elxan İbrahimovu təyin edib.

AzNews.az
Bağla X