Vurğun Əyyub: “Mübariz Qurbanlı Müsavata böhtan atır”


"Mübariz Qurbanlı həqiqəti təhrif edən cavabları ilə qanunlara, ictimai rəyə sayğısızlıq nümayiş etdirir".


Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub deyib. O bildirib ki, tədbir keçiriləcək yerlər dövlətə məxsusdur. Bu dövləti quran da Məhəmməd Əmin Rəsulzadədir:

"Tədbir keçiriləcək yerlərdən istifadə imkanlarından yalnızca hökumət və Yeni Azərbaycan Partiyası yararlanmamalıdır. Bütün ruhu və düşüncə tərzi baxımından kommunistliyindən əl çəkə bilməyən Mübariz Qurbanlının Müsavat Partiyasının guya tarixi Müsavatla bağlılığı olmadığı barədə dedikləri də uydurma və böhtandan başqa bir şey deyil".

Qeyd edək ki, YAP icra katibinin müavini Mübariz Qurbanlı AzNews.az-a bildirib ki, hazırkı Müsavat Partiyası tarixi Müsavat Partiyasının yalnız adından bəhrələnib. İndiki eyni adlı partiyanın nə ideoloji, nə də siyasi fəaliyyəti tarixi Müsavat Partiyasına bağlılığı yoxdur.

Bahar
AzNews.az